Sumqayıt şəhərinin Səttar Bəhlulzadə küçəsində yerləşən bınanın zirzəmisi baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 7 fevral tarixində Sumqayıt24-ə oxucular məlumat veriblər.
Məlumata əsasən, Tağıyev qəsəbəsində yerləşən bu binanın zirzəmisində uzun müddət kanalizasiya suları yığılır. Sakinlərin sözlərinə görə, bu səbəbdən evləri nəm çəkir.
“Bınanın divarları o dərəcədə nəmdir ki, artıq kanalizasiyanın ağır qoxusu ətrafa yayılır. Buradan yan keçmək mümkün deyil”, - deyə sakin bildirib. [modula id="9385"]