Sumqayıtda kanalizasiya xətləri təmizlənib. Bu barədə 25 noyabr tarixində Sukanal İdarəsinə istinadən xəbər veririk.
İşlər şəhərin bir çox ünvanında aparılıb. İdarənin əməkdaşları tərəfindən yuma maşını vasitəsilə kanalizasiya xətləri yuyulub, quyular ağac kökləri və müxtəlif bərk tullantılardan təmizlənib.