Sumqayıt şəhərində kanalizasiya xətləri təmizlənib. Bu haqda bu gün, 18 aprel tarixində Sukanal İdarəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, işlər İnşaatçılar qəsəbəsində görülüb. Burada adıçəkilən xətlər yüksək təzyiqli yuma maşını ilə yuyulub. Kanalizasiya çirkab tullantılarından təmizlənib.