Sumqayıt şəhəri Koroğlu prospektində yol nişanı aşıb. Bu haqda Sumqayıt24-ün oxucuları məlumat verib.
“STOP” yol nişanı 41-ci məhəllədə yerləşir. Onun aşması səbəbindən məhəllədən çıxan və əsas yolla hərəkətdə olan sürücülər çaşbaş qalırlar. Sakinlərin sözlərinə görə, təcrübəsiz sürücülər burada qəza təhlükəsi ilə üzləşə bilər.