Sumqayıt şəhərində işıq dirəklərində yenilənmə işləri aparılır. Sumqayıt24 bu haqda 9 avqust tarixində xəbər verir.
Təmir işləri Koroğlu prospektində görülür. Prospekt boyunca aidiyyəti qurumun əməkdaşları dirəklərdə plafonları və lampaları yeniləri ilə əvəz edirlər. Əraziyə xüsusi texnika cəlb olunub.