Sumqayıt şəhərinin “Kotec” qəsəbəsində yolların təmirə ehtiyacı var. Sumqayıt24 bu haqda bu gün, 28 yanvar tarixində xəbər verir.
Əldə etdiyimiz məlumata əsasən, Məmməd Araz küçəsində yolun asfalt örtüyü uzun illərdir ki yenilənmir. Yolda çox sayda çuxur yaranıb. Nə sürücülər, nə də piyadalar axşam vaxtı bu yolu rahat keçə bilmirlər.
Eyni hal qəsəbənin Xan Şuşınski küçəsində də yaşanır. [modula id="8853"]