Sumqayıtda küçəboyu çirkab sular axır. Bu barədə Sumqayıt24 23 avqust tarixində xəbər verir.
Belə ki, xoşagəlməz kəskin qoxu 76-cı məhəllədə yaşayan vətəndaşları illərdir ki, narahat edir. Yerin üstü ilə axan kanalizasiya suları yağış zamanı daha da çoxalır.
“Başdan ayağa xəstəlikdir. Pəncərəni də aça bilmirik iyə görə. Daşan zaman baş verənləri isə özünüz təsəvvür edin”, - deyə sakinlər bildiriblər