Sumqayıtda əsas küçələrin birində gecə saatlarında göz gözü görmür. Bu problem ilə bu gün, 2 iyul tarixində sakinlər Sumqayıt24-ə müraciət ediblər.
Söbhət Sülh küçəsindən gedir. Burada çox sayda işıq dirəkləri quraşdırılıb. Lakin yeni və maraqlı dizaynda olan bu dirəklərin işıqları axşamlar yandırılmır.
“Aviakassadan başlayaraq düz Göyərçin abidəsinə kimi bir dirək ya yanar, ya yanmaz. Bu hal sakinləri çox narahat edir”, - deyə oxucu bildirib. [modula id="17811"]