Sumqayıtda küçəni su basıb. Sumqayıt24 bu barədə 29 oktyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə səhər saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Kanalizasiya sularının yola axması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Şəhər İH-nin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, yağış kollektorunda tutulma olub:
“Hazırda “Azərsu” ASC-nin əməkdaşları tutulmanı aradan qaldırmaq üçün tədbirlər görürlər”.