Sumqayıtda “Gənclik sabahımızdır” adlı konsert keçirilib. Bu haqda Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Konsert Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə tabe olan Şəhər mədəniyyət evində təşkil olunub. Burada “Şəms” instrumental ansamblının solistləri çıxış edib. Daha sonra Ü.Hacıbəyovun “Arşın mal alan” komediyasından bir parça nümayiş olunub.
İştirakçılara I qrup əlili, “Оbzor qoroda” kanalının direktoru Fəridə Səxavətin və “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” ictimai birliyinin üzvləri Şəbnəm Məmmədova və Xəyalə Səfərovanın əl işlərindən ibarət sərgi təqdim olunub.
Sonda, sərgi iştirakçılarına “Təşəkkürnamə”lər verilib.