Sumqayıtın əksər yollarında “Piyada keçidi” nişanları axşam saatlarında görünmür. Sumqayıt24-ə bu haqda izləyicilər məlumat verib.
Bizə təqdim olunan fotomateriallarda göründüyü kimi, şəhərin Heydər Əliyev prospektində, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Niyazi küçələrində axşam düşdükdə nişanların üzərində olan xəbərdaredici işıqlar yanmır. Bu səbəbdən sakinlər həmin yolları qorxu ilə keçir.
Foto Sumqayıt24