Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində müşahidə edilən natəmiz şərait burada yaşayan sakinləri narahat edir. Bu səbəbdən onlar bu gün, 28 fevral tarixində Sumqayıt24-ə müraciət edib.
Təqdim edilən şəkillərdə göründüyü kimi, Məzahir Abdullayev küçəsində olan zibil konteyneri aşıb-daşır. Sakinlər məişət tullantılarını atmağa yer tapa bilmədikləri üçün, zibili yolun kənarına qoymalı olurlar.
Bu hal ətrafa pis qoxunun yayılmasına gətirib çıxarır və ümumilikdə küçənin görünüşünü korlayır.