“Sumqayıt” FK Misli Premyer Liqasının 4-cü turunun oyununa hazırlaşır. Bu barədə 22 avqust tarixində klubun səhifəsinə istinadən xəbər veririk.
“Kapital Bank Arena” stadionunda baş tutacaq qarşılaşmada komandamız “Turan Tovuz” FK ilə üz-üzə gələcək. Matç avqustun 26-sı saat 18:00-da keçiriləcək.