Sumqayıt Sukanal İdarəsi şəhər ərazisində təmir-bərpa işləri aparıb. Bu haqda 5 dekabr tarixində Sumqayıt24 xəbər verir.
İdarə əməkdaşları tərəfindən Azərbaycan prospekti boyunca sınmış və ya oğurlanmış 9 ədəd yağış barmaqlığı bərpa edilib.
Həmçinin 13-cü mikrorayon, ev 6a-nın 1 və 2-ci girişlərinin çöl və zirzəmi xətləri yenilənib.