Sumqayıt şəhərində səkilərin yenilənməsi davam edir. Sumqayıt24 bu barədə 13 avqust tarixində xəbər verir.
Təmir işləri Nəriman Nərimanov küçəsinin 1-ci məhəlləyə aid hissəsində görülür. Əraziyə tikinti materialları gətirilib. Piyadaların hərəkəti qismən məhdudlaşdırılıb. İşlərin bir neçə günə yekunlaşması nəzərdə tutulur.
Daha öncə 16-cı məhəllədə piyada səkisinin təmir edilməsi haqda məlumat vermişdik. [modula id="20030"]