Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sumqayıt24 bu haqda 8 avqust tarixində Apa-ya istinadən xəbər verir.
Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. Yolu keçmək istəyən 52 yaşlı Rövşən Allahverdiyevi "Mercedes" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.