Sumqayıtda qaz borusu zədələnib. Bu barədə 14 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İsmət Qayıbov küçəsi, 21-ci mikrorayon ərazisində qəza olub. Naməlum avtomobil boruya çarpılıb. Nəticədə borunun həm yerüstü, həm də yeraltı hissəsinə zərər dəyib. Hazırda əraziyə cəlb olunan əməkdaşlar təmir işləri aparırlar.
Qeyd edək ki, qaz təchizatında problem yaranmayıb.