Niyazi küçəsində piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar. Sumqayıt24-ə bu barədə 5 avqust tarixində yerli sakinlər xəbər verib.
Məlumata görə, küçədə su xəttinin yenilənəcəyi adı ilə qazıntı işləri aparılıb. Lakin, artıq 5 gün keçsə də, burada heç bir işə başlanılmayıb. Nəticədə çətinlik çəkən vətəndaşlar olur. Düz yolla hərəkət etmək yerinə, onlar özlərini təhlükəyə ataraq avtomobil yolu ilə getməyə məcburdurlar.