“Qurd dərəsi”nin bir hissəsi susuz qalıb. Sumqayıt24 bu barədə 11 aprel tarixində xəbər verir.
“8 və 9-cu dayanacaqlar” adlanan ərazilərin sakinləri suyun 1 aydan çoxdur ki, gəlmədiyindən şikayətlənirlər:
“Hər gün zəng edirik Sukanal İdarəsinə, hər dəfə də deyilir ki, su axşam veriləcək. 1 saat, 2 saat gözləyirik, lakin ortada heç nə yoxdur”.