Sumqayıtın bu ərazisində növbəti dəfə lük daşıb. Sumqayıt24-ə bu haqda 16 iyun tarixində məlumat daxil olub.
Qəza Rəhman Qəhrəmanov küçəsində, 15 və 17-ci məhəllələrin kəsişməsində baş verib. Həmin lükün iki hissəsindən axan kanalizasiya suları küçə boyu üfunət qoxusu yayır. Problemin yaranma səbəbi məlum deyil.
Qeyd edək ki, burada bu ilk belə hadisə deyil.