Sumqayıt şəhərində kanalizasiya quyuları təmizlənib. Sumqayıt24 bu haqda bu gün, 28 mart tarixində Sukanal İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, işlər 2-ci mikrorayon və 41-ci məhəllə ərazisində aparılıb. Burada, binaların qarşısında kanalizasiya quyuları ağac köklərindən və bərk tullantılardan təmizlənib.