Sumqayıtda piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün işlər davam etdirilir. Bu haqda Sumqayıt24-ə izləyicilər xəbər verib.
İşlər Azərbaycan prospektində, Baş Poçt İdarəsi binasının önündəki yolda aparılır. Yolun bu hissəsində olan “zebra” silinmişdir. Bu səbəbdən aidiyyəti qurumun əməkdaşları tərəfindən burada müvafiq işlər görülüb, piyada keçidinin zolaqları bərpa edilib.
Bundan əvvəl, şəhərin Heydər Əliyev prospektində də oxşar işlər aparılmışdır.