Sumqayıtda içməli suyun verilişi dayandırılacaq. Sumqayıt24 bu barədə 3 noyabr tarixində Sukanal İdarəsinə istinadən xəbər verir.
Magistral 450 mm içməli su xəttində baş vermiş qəza ilə əlaqədar olaraq, 4 noyabr saat 09:00-dan 19:00-dək içməli su ilə təchizat məhdudlaşdırılacaq.
Fasilə yaranacaq ünvanlar: 48, 50 və 51-ci məhəllələr; 16, 17 (5 mərtəbələr), 18, 20-ci mikrorayonlar, eləcə də 21-ci mikrorayonun bir hissəsi; Corat qəsəbəsinin bir hissəsi.