top
Sabiq hakim 214 min manat rüşvət almaqda ittiham olunur
01 noyabr 2022, 00:23
- ↺ +

Sabiq hakim 214 min manat rüşvət almaqda ittiham olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sumqayıt24 bu barədə 1 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

İttiham olunan şəxs İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsində hakim vəzifəsində çalışıb. O, hakim olarkən icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edib. Bununla əlaqədar o, bilərəkdən 2 halda ədalətsiz qətnamə çıxarıb.

Bundan əlavə, İ.Mahmudov işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil edib. İttihama görə, İ. Mahmudovun cinayət işi üzrə dəymiş ziyan 214 min manat müəyyən olunub.

Toplanmış dəlil və sübutlarla sabiq hakim “bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma”, “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə”, “təkrar rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham olunub.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb.

İttihama münasibət bildirən İ.Mahmudov özünü təqsirli bilməyib.

O, barəsindəki ittihamları tamamilə təkzib edib.

Proses noyabrın 14-də davam etdiriləcək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər