Sumqayıt şəhərində mövcud olan dayanacaqların vəziyyəti qənaətbəxş deyil. Bu haqda bu gün, 27 may tarixində Sumqayıt24-ün oxucuları xəbər verib.
Məlumata əsasən, Səməd Vurğun küşəsində (SOCAR etilen-polietilen zavodunun yanı) yerləşən dayanacağın oturacağı, qoruyucu şüşəsinin biri və tavanının yarısı yoxdur.
Digər baxımsız dayanacaq Zülfü Haciyev küçəsində (Heydər Parkının yaxınlığında) yerləşir. Burada da qoruyucu şüşənin bir hissəsi mövcud deyil. Bundan əlavə, məlumatlandırıcı lövhə yararsız vəziyyətdədir. [modula id="15762"]