Sumqayıt şəhərində piyadaların keçidi üçün nəzərdə tutulan yerlərdə tanınma nişanları yoxdur. Sumqayıt24 bu haqda 25 avqust tarixində xəbər verir.
Şəhərin Sülh küçəsi, Heydər Əliyev prospektində yerləşən istirahət guşəsində, eləcə də Bakı küçəsində yerləşən yaşıllıq zolağında piyadaların yolun hərəkət hissəsini təhlükəsiz keçmələri üçün nişanlanma xətləri və yaxud “piyada keçidi” yol nişanı mövcud deyil. Bu hal həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.
Daha öncə Babək küçəsində piyada zolağının silinməsi haqda məlumat vermişdik.
[modula id="20727"]