Sumqayıtın bu ərazilərində zibil qutuları yararsız vəziyyətə düşüb. Sumqayıt24 bu haqda 8 iyun tarixində xəbər verir.
Bəhs etdiyimiz problem 3-cü məhəllə və 5-ci mikrorayon ərazisində yaranıb. Burada yerləşən konteynerlər paslanıb, deşilib, təkərləri isə qırılıb. Sakinlərin dediyinə görə, hətta qutulardan bir neçəsi tullantılarla dolduğu zaman aşıb.