Sumqayıtda şəhid mayor Taleh Kərimovun doğum günü qeyd olunub. Bu haqda 6 mart tarixində Sumqayıt24 DünyaTV-yə istinadən xəbər verir.
Şəhidlər xiyabanında keçirilən tədbirdə mayorun doğmaları və yaxınları ilə yanaşı, Müdafiə Nazirliyinin və İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib. Ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri qoyulub.
Taleh Kərimov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Kərimov oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhid olub.
Qəhrəmanımız ölümündən sonra: