Sumqayıt idmançıları şahmat üzrə keçirilən çempionatda yüksək nəticələr göstəriblər.
Sumqayit24.az xəbər verir ki, Bakı şəhərində keçirilən şahmat üzrə Azərbaycan çempionatında iştirak edən Türkan Məmmədyarova qızıl, Murad İbrahimli, Mələk İsmayıl gümüş, Ləman Hacıyeva isə bürünc medal qazanıb.
İdmançıları təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!