Sumqayıtda sakinlər piyada səkilərinin zəbt olunmasından narazıdırlar. Bu barədə Sumqayıt24-ə 2 noyabr tarixində izləyicilərdən məlumat daxil olub.
Söhbət Koroğlu prospektinin Dövlət Yol Polis İdarəsinə aparan yolundan gedir. Səki boyunca nəqliyyat vasitələrinin parklanmasına rast gəlmək mümkündür.
“Bu hal uzun müddət davam edir. Məcbur olub yolun hərəkət hissəsi ilə gedirik. Əgər piyada vurulması hadisəsi baş verərsə, sonrakı peşmanlıq heç bir fayda verməyəcək”, - deyə sakinlərdən biri bildirib.