Sumqayıt şəhəri, 18-ci məhəllədə təhlükə saçan lük var. Bu barədə 23 avqust tarixində Sumqayıt24 xəbər verir.
Məhəllənin Azərbaycan prospektinə düşən hissəsində kanalizasiya lükünün qapağı yoxdur. Sakinlər bildirir ki, axşam düşən zaman onu görmək qeyri-mümkün olur. Ehtimala görə, qapaq oğurlanıb.