Sumqayıt şəhəri 36-cı məhəllədə sakinləri 10 ildən çoxdur ki narahat edən səki problemi var. Sumqayıt24 bu haqda bu gün, 9 aprel tarixində xəbər verir.
Təqdim etdiyimiz fotomateriallarda göründüyü kimi, piyadlar üçün nəzərdə tutulmuş səki hasarlanıb. Bu səbəbdən insanlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalır.
Sakinlərin sözlərinə görə, hasarlanmış ərazidə uzun illər öncə təmir işləri aparılsa da, sonradan dayandırılıb. Lakin buna baxmayaraq, hasar indiyədək sökülməyib.
[modula id="12964"]