Bakı küçəsində səkilərin baxımsız olması sakinləri narahat edir. Bu haqda bu gün, 13 iyun tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, 15-ci məhəllə ərazisində (Avtovağzala gedən yolda) piyada səkiləri dağılmış vəziyyətdədir. Bu səbəbdən piyadalar yolun hərəkət hissəsi ilə getməli olur.
“Səkilər “yox” kimidir. Məcbur olub yolla, maşınlar park olunanda isə yolun ortası ilə gedirik. Bunun təhlükəli olduğunu başa düşürük, lakin başqa çarəmiz yoxdur”, - deyə oxucu bildirib.