Sumqayıt şəhərində təbii qazın təchizatında məhdudiyyət yaranıb. Sumqayıt24 bu barədə 31 oktyabr tarixində Qaz İstismar Sahəsinə istinadən xəbər verir.
Belə ki, Təzə Corat, Təzə Kotec, H.Z.Tağıyev qəsəbələri və Ceyranbatan qəsəbəsinin Tuq Zavod ərazisində 1900 abonentin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılıb.