Saray qəsəbəsində “yeni yol” kimi tanınan ərazi axşam düşən kimi qaranlığa qərq olur.
Sumqayıt24-ə təqdim olunan videomaterialda göründüyü kimi, Heydər Əliyev küçəsində ətraf qaranlıqdır və yol boyu yalnız avtomobillərin ön işıqları görsənir. Buradan hər gün yüzlərlə avtomobil hərəkət edir. Sumqayıt sakinlərinin əksəriyyəti də Bakıya gedəndə məhz bu yoldan istifadə edir.
Sakinlərin sözlərinə görə, işıqlandırmanın olmaması səbəbindən bu yolda bir neçə dəfə qəza baş verib.