Saray qəsəbəsində səhər saat 09:30-dan etibarən təbii qazın verilişində fasilə yaranıb. Sumqayıt24 bu haqda bu gün, 30 mart tarixində Report.az-a istinadən xəbər verir.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qəsəbədən keçən magistral kəmərdə sızmanın olması səbəbindən "mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Nəticədə 16 min abunəçi qazsız qalıb.
Bildirilib ki, qəzanın nəticələri aradan qaldırılır. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.