Saray qəsəbəsində yol təmir ediləcək. Sumqayıt24 bu haqda 13 sentyabr tarixində xəbər verir.
Qəsəbənin əsas küçələrindən olan General Məhəmməd Əsədov küçəsinin yolları (“köhnə” yol) keçilməzdir. Sakinlərin sözlərinə görə, çala-çuxurdan əlavə, “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılıb. Bu isə yolu daha da pis vəziyyətə salıb.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları yolun köhnə örtüyünü qaşıyıblar. Növbəti mərhələdə yeni asfaltın çəkilməsi nəzərdə tutulub.