Saray qəsəbəsinin mərkəzi yollarının birində işıqfor quraşdırılır. Sumqayıt24 bu haqda 6 iyul tarixində xəbər verir.
İşlər Heydər Əliyev küçəsində aparılır. Əraziyə “Siqnal” İLİİ-nin bir neçə əməkdaşı cəlb olunub. Onlar tərəfindən burada olan dayanacağın ətrafında qazıntı işləri aparılıb. Növbəti mərhələdə isə yeni işıqforun qoyulması nəzərdə tutulub. [modula id="17985"]