Saray qəsəbəsində yarımçıq təmir-bərpa işləri aparılmış yol ilə bağlı rəsmi açıqlama verilib. Bu haqda 6 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Xəbər verdiyimiz kimi, General M. Əsədov küçəsində (“Köhnə yol”) ötən aydan təmir işlərinə başlanılsa da, proses yarımçıq qalıb. Yolun yalnız köhnə örtüyü qaşınıb.
Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Saray Bələdiyyəsinin sədri Şahlar Məhərrəmov bildirib ki, asfaltlanma işləri növbəti həftədən həyata keçiriləcək.