Saray qəsəbəsi qaranlığa qərq olub. Bu haqda Sumqayıt24 bu gün, 19 aprel tarixində xəbər verir.
Problem qəsəbənin Üzümlük adlanan ərazisində yaşanır. Sakinlərin sözlərinə görə, günün qaranlıq vaxtı göz gözü görmür. Yol boyu bir dənə də olsun işıq dirəyi yoxdur. Bu hal onları narahat edir.
“Yola ancaq maşınların işıqları və ya obyektlərin çöl işıqlandırılması düşür. Bu hal bütün hərəkət iştirakçıları üçün təhlükəlidir”, - deyə sakin bildirib.