Sumqayıt Tibb Mərkəzinin (STM) rəhbərliyi 1 №-li Şəhər və Uşaq xəstəxanalarına baş çəkib. Sumqayıt24 bu haqda 3 yanvar tarixində adıçəkilən müəssisəyə istinadən xəbər verir.
STM-in direktoru Səkinə Sadıxova 1 №-li Şəhər Xəstəxanasının Acil, Reanimasiya, Kardiologiya, Nevrologiya və Terapiya şöbələrində, Uşaq Xəstəxanasının isə Acil, Pediatriya və Cərrahiyə şöbələrində olan xəstələrlə görüşüb.
Sonra həkimlərldən fərdi qaydada xəstələrin vəziyyəti öyrənilib. Söhbət zamanı yeni avadanlıqlar, həyata keçiriləcək layihələr haqqında məlumat verilib.