Sumqayıt Sukanal İdarəsi 12-ci mikrorayon ərazisində təmizlik işləri görüb. Sumqayıt24 bu haqda idarənin Facebook səhifəsinə istinadən xəbər verir.
İşlər ev 29-un qarşısında aparılıb. Kanalizasiya quyularında yığılmış çirkab tullantılar əraziyə cəlb olunan yuma maşını ilə təmizlənib.