Sumqayıt şəhərində kanalizasiyaların təmizlənməsi davam edir. Sumqayıt24 bu haqda bu gün, 21 aprel tarixində Sukanal İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, işlər 30-cu məhəllə ərazisində Sukanal İdarəsi tərəfindən görülüb. Buraya xüsusi yuma maşını cəlb edilib. Nəticədə kanalizasiya quyuları çirkab tullantılarından təmizlənib.