Sumqayıt şəhər ərazisində kanalizasiya sisteminin təmizlənməsi işləri aparılıb. Sumqayıt24 bu barədə 11 noyabr tarixində Sukanal İdarəsinə istinadən xəbər verir.
İşlər şəhərin 18-ci mikrorayon, 1-ci məhəllə, Dənizkənarı bulvarı və bir çox digər ünvanlarda həyata keçirilib. Sukanal idarəsinin əməkdaşları xüsusi texnika vasitəsilə kanalizasiya xətlərini yuyublar və ağac köklərindən təmizləyiblər.