Sumqayıtın mərkəzi küçə, məhəllə, mikrorayon və prospektlərində “Azərsu” ASC-nin əməkdaşları təmizlik işləri aparıb. Bu haqda bu gün, 19 may tarixində Sumqayıt Sukanal İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
9-cu mikrorayon ev 59, 60, 68 ərazisində magistral xətlər yuyulub. Təmizlik işlərində yüksək təzyiqli yuma maşınından istifadə olunub. Onun vasitəsilə quyular yuyularaq tullantılardan təmizlənib.