Sülh prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə 14 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıtın çıxışında yerləşən konstruksiya təmir edilir. Ərazidə texnika və aidiyyəti qurumun əməkdaşları çalışırlar. Bu səbəbdən, ayın sonunadək, hər gün saat 16:00-dan 00:00-a kimi yol bağlanır. Avtomobillər şəhərdən çıxmaq üçün əks istiqamətlə hərəkət edir.
Qeyd edək ki, son bir neçə gün həmin ərazidə tıxaclar müşahidə olunur. [modula id="26834"]