Sumqayıtda, həmçinin Abşeron yarımadasının digər hissələrində qaz probleminin yaranma səbəbləri açıqlandı. Bu haqda Sumqayıt24 rel="nofollow">Oxu.az-a istinadən xəbər verir.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, hər il havalar soyuduqca qaza təlabat çoxalır və bu da təzyiqin aşağı düşməsinə gətirib çıxarır.
Vəliyev əlavə edib ki, yüksək təzyiqin hansısa problemə səbəb olmaması üçün əməkdaşlar problem yaranan ərazilərdə qazın təzyiqini hissə-hissə artırılar.
Qeyd edək ki, Sumqayıtda bu gün 18:00-dək qaz təchizatında məhdudiyyətlər yaranıb.