Sumqayıt Sukanal İdarəsi şəhər ərazisində zirzəmilərin təmizlənməsini davam etdirir. Bu haqda İdarə öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, işlər 1-ci mikrorayon ev 21/49a-nın qarşısında aparılıb. Burada kanalizasiya quyuları yuma maşını ilə çirkab tullantılarından təmizlənib.
Həmçinin, əməkdaşlar H.Z. Tağıyev qəsəbəsi F. Qayıbov küçəsi ev 21-in zirzəmisində yığılmış suları nasos vasitəsilə çəkiblər.