Sumqayıtlı şəhid General-mayor Polad Həşimovun adına küçədə boru partlayıb. Ətrafı su basıb. Bu haqda Sumqayıt24-ə bu gün, 17 dekabr tarixində məlumat daxil olub.
Problem 14-cü məhəllədə 5 mərtəbəli binanın önündə yaranıb. Hazırda Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Onlar, xüsusi texnika vasitəsi ilə yeri qazıblar və zədələnmiş borunu qaynaq edirlər.
Əldə etdiyimiz məlumata görə, təmir işləri bu gün ərzində yekunlaşdırılacaq.
Foto Sumqayıt24
Foto Sumqayıt24