Sumqayıt şəhərinin 18-ci məhəlləsində Sumqayıt Sukanal İdarəsi tərəfindən daha bir kanalizasiya quyusu təmizlənib. Bu haqda bu gün, 15 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, işlər məhəllənin 2/29 binasında görülüb. İdarənin əməkdaşları dolmuş quyunu təmizləyiblər.
Daha öncə, 1-ci mikrorayon 45-ci evin 1-ci girişinin çöl və zirzəmi xətləri əsaslı təmir olunub.